Koronavirusla Mübarizə Fonduna yığılan ianə 114 milyon manatı üstələdi

16:49 29.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

Hafta.az-ın məlumatına görə, bu günə kimi 3375 hüquqi, 12208 fiziki şəxs tərəfindən Fonda 114 milyon 160 min 982 manat vəsait köçürülüb.


Nazirlər Kabienti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələlik vəsaitdən hər hansı məqsəd üçün istifadə edilməyib.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.